Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Dünya çempionu olan futbolçu Polşa klubunda oynayacaq
СПОРТ

Dünya çempionu olan futbolçu Polşa klubunda oynayacaq

16-09-2025 19:00 43 Просмотров
IMG

İngiltərənin "Mançester Siti" klubunun və Fransa yığmasının sabiq müdafiəçisi Benjamin Mendi Polşanın "Poqon" komandası ilə müqavilə imzalayacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Polşa təmsilçisinin prezidenti Aleks Haditaqi sosial şəbəkə hesabında yazıb.

 

Mendi 2025-ci ilin ilk yarısını "Sürix"də (İsveçrə) keçirib, 8 matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

 

31 yaşlı futbolçu 2018-ci ildə millisinin heyətində dünya çempionu, dörd dəfə İngiltərə Premyer Liqasının və "Monako" ilə Fransa Liqa 1-in qalibi olub.