Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Xocəsəndə avtobus qəzaya düşdü: Xeyli yaralı var
turizm

Xocəsəndə avtobus qəzaya düşdü: Xeyli yaralı var

12-09-2025 22:00 34 Просмотров
IMG

Bakıda 170 nömrəli avtobus qəzaya düşüb.

 

Tvit.az Trend-ə istinadla xəbər verir ki, Xacəsən yolunda baş verən qəzada yaralananların sayının 10-a çatdığı bildirilir.

 

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd qeyd edib ki, Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.

 

Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.

 

Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.