Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qadın hədə ilə pul tələb etdi, tutuldu
turizm

Qadın hədə ilə pul tələb etdi, tutuldu

04-09-2025 13:00 46 Просмотров
IMG

Bakının Nəsimi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək pulunu ələ keçirməkdə şübhəli bilinən 26 yaşlı L.Qəhrəmanova tutulub.

"Tvit.az" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nərimanov və Binəqədi rayonlarında isə iki nəfərə məxsus ümumilikdə 3500 manat dəyərində moped və mobil telefon oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən B.Hənifəyev və N.Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.