Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Fransa klubu "Real"ın futbolçusunu icarəyə götürmək istəyir
СПОРТ

Fransa klubu "Real"ın futbolçusunu icarəyə götürmək istəyir

25-08-2025 13:00 24 Просмотров
IMG

Fransanın "Marsel" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Dani Sebalyosu icarəyə götürmək istəyir.

 

Tvit.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Tərəflər 29 yaşlı yarımmüdafiəçinin mümkün keçidi ilə bağlı danışıqlar aparırlar. Anlaşma baş tutsa, Liqa 1 klubu mövsümün sonunda oyunçunu almaq hüququna malik olacaq.

 

Qeyd edək ki, Dani Sebalyosun Madrid klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi var. O, 2024/2025 mövsümündə komandada 45 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.