Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıda qadın 46 yaşlı sevgilisini öldürdü
turizm

Bakıda qadın 46 yaşlı sevgilisini öldürdü

19-08-2025 14:00 61 Просмотров
IMG

Bakıda qadın kişini qətlə yetirib.

"Tvit.az" xəbər verir ki, hadisə gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.