Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək
sport

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

11-08-2025 11:00 22 Views
IMG

Sabah "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, qurum “Qarabağ” Futbol Klubu və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

"Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək. Sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişi üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq, sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək", - məlumatda qeyd olunub.

Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq