Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağdərədə yanğın davam edir
turizm

Ağdərədə yanğın davam edir

08-08-2025 22:00 15 Views
IMG

Ağdərə rayonu ərazisində ötən gecədən başlayan yanğın hələ də davam edir.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın əsasən dağlıq ərazidə olan meşə massivini əhatə edir.

 

Suqovuşan qəsəbəsi yaxınlığında başlayan alov gecə saatlarında digər ərazilərə yayılıb.

 

Qeyd edək ki, yanğının söndürülməsi üçün, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və helikopterlər cəlb olunsa da, yanğını tam nəzarət altına almaq mümkün olmayıb.

 

Hazırda alovun daha da geniş əraziyə yayılması müşahidə olunur.