Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Qarabağ"ın cavab oyununa 14 500 bilet satılıb
sport

"Qarabağ"ın cavab oyununa 14 500 bilet satılıb

08-08-2025 13:00 23 Views
IMG

Bakıda "Qarabağ" ilə Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa 14 500 bilet satılıb.

Bu barədə "Tvit.az"a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.