MMA döyüşçüsü Rafael Fiziyev növbəti döyüşünü keçirəcək.
Tvit.az xəbər verir ki, Rafael Fiziyev Braziliyanın Rio-de-Janeyro şəhərində "UFC Döyüş Gecəsi"ndə Çarlz Oliveyra ilə üz-üzə gələcək.
Görüş oktyabrın 11-də keçiriləcək.
Qeyd edək ki, Çarlz Oliveyra yüngül çəki dərəcəsinin sabiq çempionudur.