Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Alvaro Morata "Qalatasaray"dan ayrılacaq
sport

Alvaro Morata "Qalatasaray"dan ayrılacaq

07-08-2025 19:00 23 Views
IMG

İcarə əsasında Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edən Alvaro Morata klubdan ayrılmağa yaxındır.

 

Tvit.az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.

 

Müqavilə əsasında "Milan"a (İtaliya) məxsus olan ispaniyalı forvardın icarə sözləşməsinə xitam verilməsi ilə bağlı razılıq əldə olunub.

 

32 yaşlı hücumçunun karyerasını yenidən İtaliyada davam etdirməsi gözlənilir. Onun yaxın günlərdə "Komo"ya transferi gözlənilir.

 

Qeyd edək ki, A.Morata 2025-ci ildə "Qalatasaray"a keçib.