Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşüb
siyasət

Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşüb

05-08-2025 19:00 17 Views
IMG

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Tvit.az-a verilən xəbərə görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

 

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

 

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.