Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Binəqədi və Sabunçu rayonlarında oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb
turizm

Binəqədi və Sabunçu rayonlarında oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

04-08-2025 21:00 27 Views
IMG

Sabunçu rayonunda yerləşən mağazaların birindən oğurluq edilib və nəticədə zərərçəkənə 1800 manat maddi ziyan vurulub.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı M.Rəsulov və əvvəllər məhkum olunmuş 64 yaşlı Ş.Hüseyquliyev saxlanılıblar.

 

Binəqədi rayonu ərazisində isə 2 nəfərə məxsus avtomobillərdən 1500 manat, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlamaqda şübhəli bilinən 39 yaşlı M.Allahverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.