Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb
turizm

Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb

28-07-2025 12:00 38 Views
IMG

Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Tvit.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-dan çox bıçaq zərbəsi vurulub.