Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad–Saatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadın piyadanı vurub.
Qadın hadisə yerində dünyasını dəyişib.