Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib.
Klubdan Tvit.az-a verilən məlumata görə, siyahıda Vinsent Tilli Yeqor Boqomolski əvəz edib.
Bundan başqa "qartallar" B listini də əlavə edib. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.