Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazanıblar
sport

Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazanıblar

17-07-2025 22:00 28 Views
IMG

Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirinin ilk günündə gümüş medal qazanıblar.

 

Tvit.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə millinin 3 üzvü xalçaya çıxıb.


Onlardan ikisi - İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.


Qeyd edək ki, olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.