Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Yasamalda "BMW" yandı - VİDEO
turizm

Yasamalda "BMW" yandı - VİDEO

16-07-2025 11:00 38 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Tvit.az"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin salon və yük hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.