Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sumqayıtda sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub
turizm

Sumqayıtda sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub

15-07-2025 19:00 35 Views
IMG

Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətindən Tvit.az-a verilən məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.

 

Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.

 

Sumqayıt şəhərində insanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.