Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirib.
Tvit.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan çempionunun əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
“Qarabağ” rəqibin vurduğu erkən qollarla hesabda geri düşsə də, sonradan 3 dəfə fərqlənərək qalib gəlib. Komandamızın heyətində qolları Abdullah Zubir (2) və Leandro Andrade vurublar.
Qeyd edək ki, bu gün “Qarabağ”la “Tvente” arasında ikinci oyun da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.
“Köhlən atlar” Avstriyadakı ilk yoxlama görüşündə Ukraynanın "Metallist 1925" kollektivinə 4:5 hesabı ilə uduzub. Avstriya toplanışı iyulun 16-dək davam edəcək.