Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı
siyasət

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı

10-07-2025 21:00 37 Views
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.

 

Tvit.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad ən-Nueymi və digər rəsmi şəxslər yola saldılar.