Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Zirə” gürcüstanlı futbolçusu ilə müqavilə müddətini uzadıb
sport

“Zirə” gürcüstanlı futbolçusu ilə müqavilə müddətini uzadıb

07-07-2025 19:00 22 Views
IMG

“Zirə” klubu gürcüstanlı futbolçusu Georgi Papunaşvili ilə müqavilə müddətini uzadıb.

 

Tvit.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla yeni 2 illik razılıq əldə olunub.

 

Yarımmüdafiəçi 2026/2027 mövsümünün sonuna qədər “Zirə”də çıxış edəcək. O, 2024-cü ilin yayından paytaxt təmsilçisinin formasını geyinir.

 

Qeyd edək ki, Georgi Papunaşvili ötən mövsüm "Zirə"nin heyətində 33 qarşılaşmada 7 qol vurub, 3 ötürmə edib.