Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Tvit.az"a bildirilib ki, qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.