Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.
AKAF-dan "Tvit.az"a verilən məlumata görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.
Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və 1 nəfərlik kanoe qayığında 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik kanoe qayığında da çempionluq uğrunda yarışacaqlar.
Qeyd edək ki, Bakı çempionatı iyulun 11-də təşkil olunacaq.