Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağ Şəhər bulvarında meyit tapıldı
turizm

Ağ Şəhər bulvarında meyit tapıldı

29-06-2025 21:00 24 Views
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə "Tvit.az"a FHN-dən bildirilib. Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.