Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Yaponiya buna görə Azərbaycana təşəkkür etdi
siyasət

Yaponiya buna görə Azərbaycana təşəkkür etdi

27-06-2025 14:00 23 Views
IMG

Yaponiyanın xarici işlər naziri Takesi İvaya ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür məktubu göndərib.

"Tvit.az" xəbər verir ki, bu barədə Yaponiya XİN-in mətbuat xidməti məlumat yayıb. 

"Takesi İvaya Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova göndərdiyi məktubda Yaxın Şərqdəki cari vəziyyət fonunda Yaponiya vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib", - məlumatda bildirlib.