Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
turizm

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

26-06-2025 21:00 22 Views
IMG

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tvit.az-a verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.