Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Qəbələdə dörd ton çətənə kolu məhv edilib
turizm

Qəbələdə dörd ton çətənə kolu məhv edilib

26-06-2025 18:00 24 Views
IMG

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nic qəsəbəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ümumi çəkisi 4 ton olan 8000 ədəd çətənə kolu yandırılaraq məhv edilib.