Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Liverpul"un futbolçusu Çempionşip klubu ilə müqavilə imzalayıb
sport

"Liverpul"un futbolçusu Çempionşip klubu ilə müqavilə imzalayıb

23-06-2025 22:00 24 Views
IMG

İngiltərənin "Liverpul" kollektivinin futbolçusu Nataniel Fillips karyerasını "Vest Bromviç"in heyətində davam etdirəcək.

 

Tvit.az Çempionşip klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

 

Karyerasının əksər illərini icarə əsasında müxtəlif klublarda keçirən 28 yaşlı oyunçu son olaraq Uels təmsilçisi "Kardiff"in heyətində çıxış edib.