Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Klublarımızın avrokuboklardakı rəqibləri bəlli oldu
sport

Klublarımızın avrokuboklardakı rəqibləri bəlli oldu

18-06-2025 22:00 16 Views
IMG

"Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

 

Tvit.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

 

Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alıblar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib edib.

 

"Zirə" Xorvatiyanın "Hayduk" klubuna rəqib olub. "Araz-Naxçıvan" isə Yunanıstanın "Aris" klubu ilə qarşılaşacaq. Püşkə əsasən, hər iki təmsilçisimiz ilk matçını evdə keçirməlidir. Lakin UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərin iki təmsilçisi eyni gündə ev oyunu keçirə bilməz. Bu səbəbdən yaxın vaxtlarda veriləcək qərardan asılı olaraq, komandalarımızdan biri ilk oyununu səfərdə, digəri evdə keçirəcək.

 

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

 

Avropa Liqasında 1-ci təsnifat mərhələsində mübarizə aparacaq "Sabah"ın rəqibi isə “Selye” (Sloveniya) komandası olub.