Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Gəncədə hamamda qaz partlayıb, yeniyetmə qız yanıq xəsarəti alıb
turizm

Gəncədə hamamda qaz partlayıb, yeniyetmə qız yanıq xəsarəti alıb

18-06-2025 20:00 19 Views
IMG

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

 

Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

 

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.


Faktla bağlı araşdırma aparılır.