Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Viktor Orban İlham Əliyevə təbrik ünvanladı
siyasət

Viktor Orban İlham Əliyevə təbrik ünvanladı

12-06-2025 16:00 53 Views
IMG

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Tvit.az" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli canab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu, bizim daim genişlənən iqtisadi, siyasi əlaqələrimizdə özünü göstərir.

Mən Azərbaycanın Macarıstanın inkişaf etmiş strateji tərəfdaşı olmasından və enerji resurslarının Avropaya tədarükünü artıraraq ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verməsindən məmnunam.

Cənab Prezident, Siz son görüşümüzdə bildirdiniz ki, Azərbaycan gələcəkdə bizi lazımi miqdarda təbii qazla təchiz edəcək və buna görə Sizə minnətdaram.

Sizi əmin etmək istərdim ki, hökumətim qarşılıqlı tərəfdaşlığımızı gücləndirməyə və yüksəksəviyyəli dialoqu davam etdirməyə sadiqdir.

Biz qəti şəkildə inanırıq ki, birgə səylərimiz ölkələrimizin inkişafına təkan verəcəkdir.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.