Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ağdaşda toyda dava: Musiqiçilər qonağı döydü
turizm

Ağdaşda toyda dava: Musiqiçilər qonağı döydü

11-06-2025 21:00 49 Views
IMG

Ağdaşda toyda dava düşüb.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ağsaray şadlıq sarayında baş verib. İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı arasında başlayan mübahisə sonuncun döyülməsi ilə nəticələnib.

 

DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

 

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.