Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Lamin Yamal planetin ən bahalı futbolçusu oldu
sport

Lamin Yamal planetin ən bahalı futbolçusu oldu

09-06-2025 19:00 21 Views
IMG

Transfermarkt portalı İspaniya çempionatında çıxış edən futbolçuların transfer qiymətlərini yeniləyib.

 

Tvit.az xəbər verir ki, "Barselona"nın və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamalın qiyməti 20 milyon avro bahalaşıb.

 

Onun dəyəri hazırda planetin ən bahalı futbolçusu kimi 200 milyon avrodur.

 

Reytinqin keçmiş lideri, Madrid "Real"ının və Braziliya millisinin cinah oyunçusu Vinisius Juniorun dəyəri 30 milyon avro ucuzlaşıb və hazırda dünyada beşinci yerdədir (170 milyon).

 

2-3-cü yerləri Cud Bellinqem, Kilian Mbappe (hər ikisi - "Real Madrid") və Erlinq Holand ("Mançester Siti") bölüşürlər. Onların hər birinin qiyməti 180 milyon avro dəyərləndirilir.

 

Qeyd edək ki, Yamal 2024/25 mövsümündə "Barselona"nın heyətində 55 matçda 18 qol vurub və 21 məhsuldar ötürmə edib.