Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb
turizm

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb

02-06-2025 22:00 79 Views
IMG

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

 

1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.

 

Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib.

 

Onun dəqiq ölüm səbəbi hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.