Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus F-16 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Tvit.az xəbər verir ki, bu barədə komandanlıq X hesabında açıqlama yayıb.
"Hərbi Hava Qüvvələrimizə məxsus bir ədəd F-16 təyyarəmiz təlim uçuşu zamanı Yalovada qəzaya uğramış, pilotumuz paraşütlə tullanaraq xilas olmuşdur.
Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyən ediləcəkdir", - deyə rəsmi açıqlamada bildirilib.
Aysel Şirinova