Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qalib gələnədək Ukraynanı dəstəkləyəcəyik - Yeni Nazir
dünya

Qalib gələnədək Ukraynanı dəstəkləyəcəyik - Yeni Nazir

06-08-2026 09:00 16 Views
IMG

Böyük Britaniya Ukraynanı münaqişədə qalib gələnə qədər dəstəkləyəcək.

 

Tvit.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın yeni müdafiə naziri Ues Stritinq Ukraynaya ilk səfəri zamanı deyib.

 

"Biz Ukrayna qalib gələnə qədər onun yanında olacağıq. Həm Baş nazir Endi Bernhem, həm də mən bu hökumətin Ukraynaya verdiyi sarsılmaz və birmənalı dəstəyi əvvəldən nümayiş etdirməyin vacib olduğunu hiss etdik", - deyə o, bildirib.

 

Xatırladaq ki, müdafiə nazirinin Ukraynaya səfəri dünən başlayıb. Səfərin məqsədi qış mövsümü ərəfəsində Ukraynanın ehtiyaclarını daha yaxşı qiymətləndirmək və hərbi dəstəyin sürətləndirilməsi yollarını müzakirə etməkdir.

 

Aysel Şirinova