Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ dünya neft və qaz ehtiyyatlarının 60%-nə sahibdir - Tramp
dünya

ABŞ dünya neft və qaz ehtiyyatlarının 60%-nə sahibdir - Tramp

06-08-2026 09:00 12 Views
IMG

ABŞ Venesuelanın enerji resurslarını da nəzərə alaraq dünyadakı neft və qaz ehtiyatlarının 60 faizinə sahib olduğunu açıqlayıb. 

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ rəhbəri Donald Tramp danışıb.

 

Belə ki, o,  Las-Veqasda tərəfdarları qarşısında çıxışı zamanı ABŞ-ın enerji potensialından danışarkən Venesuelanın resurslarını da ölkənin ümumi enerji imkanlarının tərkib hissəsi kimi təqdim edib.

 

“Bizdə dünyanın istənilən ölkəsindən daha çox benzin, daha çox neft, neft və qaz var. İndi buna Venesuelanı da əlavə edin. Onu da əlavə etdikdə, Venesuela da daxil olmaqla, dünya neft və qazının 60 faizinə sahib olduğumuz ortaya çıxır”, – deyə Tramp bildirib.

 

Xatırladaq ki, Ağ Ev rəhbəri öz sosial şəbəkə hesabında Venesuelanın ABŞ-nin 51-ci ştatı kimi təqdim edildiyi görüntü paylaşıb. Bu paylaşım onun Venesuelanın enerji resurslarının ABŞ üçün əhəmiyyəti ilə bağlı açıqlamalarından sonra yayımlanıb.

 

Aysel Şirinova