Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran XİN başçısının müavini: ABŞ-ın verdiyi vədləri pozması aradan qaldırılmalıdır
dünya

İran XİN başçısının müavini: ABŞ-ın verdiyi vədləri pozması aradan qaldırılmalıdır

05-08-2026 22:00 17 Views
IMG

İranın hüquqi və beynəlxalq məsələlər üzrə xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran ABŞ-a etimad göstərmir və Vaşinqtonu öhdəliklərini dəfələrlə pozmaqda ittiham edir.

 

Tvit.az xəbər verir ki, İranın IRNA dövlət xəbər agentliyinin yaydığı məlumata görə, Qəribabadi bildirib ki, ABŞ-ın iyunun ortalarında İranla imzaladığı anlaşma memorandumunda üzərinə götürdüyü öhdəliklərə yenidən əməl etməsi Hörmüz boğazının yenidən açılması üçün zəruri şərtdir, lakin bu, təkbaşına kifayət etmir.

 

O, əlavə edib ki, ABŞ-ın "verdiyi vədləri və öhdəlikləri pozması" məsələsi sonda öz həllini tapmalıdır.

 

Aysel Şirinova