Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İran və Azərbaycan sərhəddə gömrük rejimini 24/7 formata keçirir
sosial

İran və Azərbaycan sərhəddə gömrük rejimini 24/7 formata keçirir

05-08-2026 19:00 28 Views
IMG

İlin ilk beş ayında Biləsuvar gömrüyü vasitəsilə Azərbaycanla ümumilikdə 190 milyon dollarlıq ixrac və idxal əməliyyatı həyata keçirilib".

"Tvit.az" İran mediasına istinadən xəbər verir ki, bunu bu gün Biləsuvar Gömrük İdarəsinə baş çəkən Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə bildirib.

Valinin sözlərinə görə, bu dövrdə Ərdəbil əyalətindən 100 milyon dollardan çox məhsul ixrac olunub, istehsal müəssisələrinin ehtiyacları üçün isə 90 milyon dollar dəyərində mal və xammal idxal edilib.

Emami Yeganə əlavə edib ki, İran və Azərbaycanın gömrük xidmətləri ilə aparılan danışıqlar nəticəsində Biləsuvar gömrüyünün sutkanın 24 saatı fəaliyyət göstərməsi istiqamətində razılaşma əldə olunması üçün iş aparılır. Məqsəd ixrac və idxal prosesini sürətləndirmək və sərhəd keçidini asanlaşdırmaqdır.

O, habelə, bildirib ki, İranın Azərbaycandakı səfirinin müşayiəti ilə iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Bakıya üçüncü rəsmi səfəri planlaşdırılır.