"Qarabağ" heyəti gücləndirmək üçün yeni futbolçu axtarışlarını davam etdirir.
Tvit.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Kiyev "Dinamo"su ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.
"Axtarışlarımız davam edir. Heyətə yeni futbolçular cəlb etmək istəyirik. İnanıram ki, istədiyimiz futbolçuları komandaya dəvət edə biləcəyik", - mütəxəssis vurğulayıb.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.