Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya WSJ: İran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün şərtlər irəli sürüb
dünya

WSJ: İran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün şərtlər irəli sürüb

04-08-2026 22:00 17 Views
IMG

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üçün bir sıra şərtlər irəli sürüb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən bu şərtlər arasında boğazdan keçən gəmilərdən rüsum almaq hüququnun əldə edilməsi və bu rüsumların potensial olaraq Omanla bölüşdürülməsi, həmçinin yeni hücumların baş verməyəcəyinə dair zəmanətlərin verilməsi, ABŞ-ın dəniz blokadasının dayandırılması və neftə tətbiq olunan sanksiyaların ləğvi yer alır.

 

Bundan əlavə bildirilib ki, ABŞ və region ölkələri rüsum alınması tələbini rədd edib və bunun əvəzində İrandan və onun müttəfiqlərindən öz ərazilərinə təhdid yaratmayacaqlarına dair zəmanət tələb ediblər.

 

Aysel Şirinova