Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
sosial

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

29-05-2026 15:00 41 Views
IMG

İran Prezidenti Məsud Pezeşkian hökumətə qonşu ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından ölkəyə bir sıra zəruri malların idxalı üçün istifadə etməyi tapşırıb.

 

Tvit.az-ın İRNA-ya istinadən məlumatına görə, Pezeşkian bu tapşırığı nazirlər və İran Mərkəzi Bankının rəhbəri ilə keçirdiyi müşavirənin yekunları əsasında verib.

 

"Prezident ölkənin şimal limanlarının potensialından maksimum istifadə edilməsinin, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin, bəzi zəruri malların təmin edilməsi və idxalı üçün qonşu ölkələrin, o cümlədən Azərbaycan, Pakistan və Rusiyanın imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Ölkə lideri bu sahədə müvafiq sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə çağırıb", - məlumatda qeyd olunub.

 

M.Pezeşkian vurğulayıb ki, o, zərurət yarandığı halda malların və dərman vasitələrinin tədarükü və daşınması qarşısındakı mümkün maneələrin tez aradan qaldırılması üçün şəxsən qonşu ölkələrin liderləri və regional tərəfdaşlarla məsləhətləşəcək.

 

Müşavirədə bəzi cənub keçid məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla əsas malların, dərmanların və ölkə üçün zəruri olan resursların idxalı ilə bağlı cari vəziyyət nəzərdən keçirilib.

 

İqtisadiyyat nazirinin hesabatına əsasən, qonşu ölkələrlə aparılan məsləhətləşmələr nəticəsində malların idxalının sadələşdirilməsi, eləcə də artırılması üçün quru sərhəd məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsinin imkanları aktivləşdirilib.