Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək
siyasət

NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək

08-05-2026 23:00 27 Views
IMG

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Report"un Avropa bürosuna NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

 

Hazırda Hamilton vəzifəyə təyin olunduqdan sonra regiona ikinci səfəri çərçivəsində Gürcüstandadır.

 

Daha əvvəl, aprel ayında o, Ermənistana səfər edib.

 

NATO-dan bildirilib ki, Hamiltonun səyləri Şimali Atlantika blokunun təşkilatda "strateji əhəmiyyətli region" adlandırılan Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.