Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Çimayev və Striklendin mətbuat konfransı UFC-də izlənmə rekordu qırdı
sport

Çimayev və Striklendin mətbuat konfransı UFC-də izlənmə rekordu qırdı

08-05-2026 15:00 22 Views
IMG

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən UFC-nin orta çəki dərəcəsində çempionu Hamzat Çimayev və ABŞ-li Şon Striklendin mətbuat konfransı əsl ajiotaj yaradıb.

 

Tvit.az xəbər verir ki, canlı yayımı 204 mindən çox tamaşaçı izləyib ki, bu da Konor Makqreqor və Dastin Puaryenin üçüncü döyüşündən bəri UFC mətbuat konfranslarında qeydə alınan ən böyük auditoriyadır.

 

Xatırladaq ki, bu möhtəşəm göstəriciyə baxmayaraq, mütləq rekord hələ də Həbib Nurməhəmmədov və Konor Makqreqor qarşıdurmasına məxsusdur.

 

Qeyd edək ki, Çimayev və Striklend arasındakı bu gərgin döyüş mayın 9-dan 10-na keçən gecə ABŞ-nin Nyuark şəhərində baş tutacaq turnirin əsas hadisəsi olacaq.

 

Hamzat sonuncu döyüşündə cənubi afrikalı atlet Drikus dü Plessini hakimlərin yekdil qərarı ilə məğlub edərək çempionluq titulunu qazanıb. Striklend isə öz növbəsində son qarşılaşmasında Entoni Ernandesi nokauta salmağı bacarıb.