Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Agentlik sədrinin müşaviri işdən çıxdı
sosial

Agentlik sədrinin müşaviri işdən çıxdı

07-05-2026 14:00 16 Views
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri - Çingiz Əliyev vəzifəsindən azad olunub.

 

Tvit.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq sədrin müşaviri vəzifəsindən azad edilərək təqaüdə yola salınıb.