Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER "Spotify"dan süni intellekt tərəfindən yaradılan musiqiyə qarşı addım - Yeni təsdiq nişanı
OTHER

"Spotify"dan süni intellekt tərəfindən yaradılan musiqiyə qarşı addım - Yeni təsdiq nişanı

04-05-2026 22:00 15 Views
IMG

​Musiqi dünyasında süni intellekt (Sİ) tərəfindən yaradılan mahnıların kütləvi artımı Spotify-ı hərəkətə keçirib. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, platforma sənətçilərin orijinallığını qorumaq üçün yeni təsdiq nişanı sistemini işə salır.

Artıq əsl sənətçilərin profillərində yaşıl rəngli təsdiq nişanı olacaq. Bu, dinlədiyiniz musiqinin süni intellekt yox, insan tərəfindən yaradıldığını sübut edəcək.

Nişanı almaq üçün sənətçinin ardıcıl dinləyici fəaliyyəti, rəsmi sosial media hesabları, konsert tarixləri və satışda olan məhsulları (merch) olmalıdır.

 

Layihənin məqsədi dinləyicilər arasında inamı artırmaq və musiqi sənayesinin orijinallığını qorumaqdır.

 

Aysel Şirinova