Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Reşfordu irqi zəmində təhqir edən azarkeş həbs edildi
sport

Reşfordu irqi zəmində təhqir edən azarkeş həbs edildi

30-04-2026 20:00 13 Views
IMG

"Barselona"nın futbolçusu Markus Reşfordu irqi zəmində təhqir edən "Real Ovyedo" azarkeşi doqquz ay müddətinə həbs cəzasına məhkum edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

 

Azarkeş ingiltərəlinin ünvanına künc zərbəsini yerinə yetirən zaman irqçi təhqirlər səsləndirib və bu an kameraya düşüb.

 

Mənbənin məlumatına görə, azarkeş iki min avro məbləğində cərimə ödəmək, habelə irqçiliklə mübarizə üzrə icbari proqramdan keçmək və futbol stadionlarına girişinə üçillik qadağa qoyulması şərti ilə həbsdən yayına bilər.