Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
turizm

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

28-04-2026 15:00 20 Views
IMG

Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub. Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır.

"Baş verən ağac aşmaları və budaqların qırılması halları ilə bağlı operativ tədbirlər həyata keçirilir", - məlumatda vurğulanıb.