Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı
iqtisadiyyat

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

28-04-2026 15:00 24 Views
IMG

Azərbaycanın bu il aprelin 1-nə 4 milyard 689,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.

"Tvit.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,1 %-ni, sabit dərəcə ilə olanlar isə 50,9 %-ni təşkil edib.

Xarici dövlət borcunun 59,2 %-i 5 ilə qədər olan müddətdə, 35,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.