Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Avropa çempionatı: Jalə Əliyeva və Birgül Soltanova bürünc medal uğrunda görüşə çıxacaqlar
sport

Avropa çempionatı: Jalə Əliyeva və Birgül Soltanova bürünc medal uğrunda görüşə çıxacaqlar

23-04-2026 20:00 29 Views
IMG

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaqlar.

 

Tvit.az-ın məlumatına görə, yarımfinalda Jalə Əliyeva Elvira Akamaloğluya (Türkiyə), Birgül Soltanova isə Alina Kasabiyevaya (UWW) uduzub.

 

Hər iki idmançı üçüncü yer uğrunda qarşılaşmada mübarizə aparacaq.

 

Ruzana Məmmədova (62 kq) isə təsəlliverici görüşə çıxacaq.

 

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.